İranda daha bir hərbi təyyarə qəzaya uğrayıb

İranda daha bir hərbi təyyarə qəzaya uğrayıb
# 29 aprel 2013 06:54 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranda növbəti hərbi təyyarə qəzası baş verib. APA-nın “əl-Ərəbiyyə” telekanalının fars redaksiyasına istinadən məlumatına görə, hadisə aprelin 28-də saat 10:30-da qeydə alınıb.

Dezful şəhərindəki hərbi bazadan havaya qalxmış “F-5” qırıcı təyyarəsi Əndimeşk qəsəbəsində düşüb. Hadisə nəticəsində ölən və yaralanın olmadığı bildirilir.

Qeyd edək ki, bu, son bir həftə ərzində İranda baş vermiş ikinci təyyarə qəzasıdır. Aprelin 21-də İranın İlam vilayətinin Abadan şəhərində Dezful şəhərindəki hərbi bazadan havaya qalxan “F-5” qırıcı təyyarəsi Filman dağına çırpılaraq qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədəki hər iki pilot həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR