Vüsalə Mahirqızı: "Bu peşəni etiraf edirlər" - VİDEO

Vüsalə Mahirqızı: "Bu peşəni etiraf edirlər" - <span style="color: red;">VİDEO
# 22 iyul 2014 15:04 (UTC +04:00)

Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Ölkədə internet-medianın formalaşmasında böyük rolu olan "APA Holding" bayram günündə də digər günlərdə olduğu kimi fəaliyyətini davam etdirir. "APA Holding"-in prezidenti Vüsalə Mahirqızı juranilsitakanın xüsusi peşələr siyahısında olduğunu deyir. Onun sözlərinə görə, jurnalistikanı sevib qəbul etmirlər, bu peşəni etiraf edirlər: "Xəbərə aid olan bütün həmkarlarımı təbrik edirəm. Bu təbrikdən oxucularımıza, tamaşaçılarımıza da pay düşür".

"APA Holding"in Direktorlar Şurasının sədri Nurşən Quliyev deyir ki, bu gün jurnalist kimi fəaliyyət göstərənlərin əksəriyyəti ixtisasca jurnalist olmasalar da, bu peşəni seçənlərin hamısının bayramnıdır: "Bu gün həm də bu peşəyə könül vermiş həmkarlarımızn bayramıdır. Həsən bəy Zərdabidən bu tərəfə və ondan da əvvəl də söz ilə əlaqəsi olan insanların hamısın bayramıdır. Bu münasibətilə bütün həmkarlarımı təbrik edirəm. Arzu edirəm ki, jurnalistlər bundan sonrakı bayramlarını daha böyük uğurlarla qeyd eləsinlər. Eyni zamanda hamıya bir çağırış etmək istəyirəm ki, gəlin jurnalistikamızı kənar insanlardan təmizləyək!"

Holdingə daxil olan Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu bütün həmkarlarını belə təbrik edib: "Azərbaycan Milli Mətbuatının növbəti ad günüdür. Bu münasibətlə bu sahəyə aid olan , bu sahədə çalışan və zəhmət çəkən insanların hamısını təbrik edirəm. Mətbuatın azad, sərbəst və rahat fəaliyyəti üçün şərait yaradan, ona dəstək verən insanların da bayramını təbrik edirəm".

Milli Mətbuatımızın doğum gününü təbrik edənlər sırasında APA TV-nin baş direktorunun müşaviri İlqar Rəsul da var: "Mətbuat hazırda ən işlək maşın sayılır. Bunu da mətbuatın yükünü öz çiyinlərində daşıyan jurnalistlər ediblər. Azərbaycan mətbatının bü günə gəlib çıxmasında kimlərin əməyi varsa, hamısına təşəkkür edirəm.

Əlbəttdə ki, Azərbaycan mediasında "APA Holdinq"-in ciddi rolu və ciddi təsiri var".

APA TV-nin xəbər müdiri Gülşən Hacıyeva bu günün önəmli olduğunu deyir: "Təbrik ediəm! Bu günümüz mübarək. Özümü mətbuatda çox rahat hiss etdiyimdən düşünürəm ki, burda olmaq və işləmək ən gözəlidir. Bu gün Milli Mətbuatın yaranma tarixindən və problemlərindən danışmayaq. Günümüzü qeyd edək, problemlərimiz və perspektivlərimizi danışmaq üçün digər günlər də var. Mətbuatımızın bu günə gəlib çatmasında əməyi olan hər kəsə təşəkkür edirəm".

Bü gün elektron KİV və yazılı mətbuatda çalışan hər bir həmkarlarımız üçün özəl vənəmli gündür . APA TV-nin "Yeni dalğa " verilişinin aparıcısı və müəllifi İlqar Əlfioğlu belə deyir: "Mətbuat doğrudan da böyük qüvvədir. Bu gün mətbuat azad və sərbəstdirsə, cəmiyyətin inkişaf üçün bir stimulu var. Çünki bütün problemlərimizi mətbuat aktuallaşdırır. Mən cavanlara arzu edirəm ki, qələmlərinin qiymətini bilsinlər".

"APA" İA-nin redaktoru Məhbubə Qasımbəyli də təbrikçilər sırasında idi: "Bu günü öz günü, bayramı hesab edən hər kəsi təbrik edirəm.Əsl jurnlaitləri, peşəkarları təbrik edirəm. Daha böyük uğurlar, daha geniş imkanlar arzulayıram".

Təbrik üçün söz APA TV-nin tanınmış siması Nəsimi Nəbizadənindir: "Bacardığımız qədər Azərbaycan mətbuatının müstəqilliyinə, tərəfsizliyinə qulluq edək".

Bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı APA Holding kollektivi adından təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR