“Associated Press”-in bir əməkdaşı Qəzzada həlak olub, biri yaralanıb

“Associated Press”-in bir əməkdaşı Qəzzada həlak olub, biri yaralanıb
# 13 avqust 2014 16:03 (UTC +04:00)

APA-nın “Russia Today”-ə istinadən verdiyi xəbərə görə agentliyin əməkdaşı Saymon Kamilli və ona yardım edən fələstinli müstəqil tərcüməçi Əli Şehda Əbu Afaş hərbi sursatın partlaması nəticəsində ölüb.

İnformasiya Agentliyindən bildirilib ki, jurnalist Qəzza zolağına son hərbi əməliyyatlarla əlaqədar ezam olunub.

Hadisə İsrail və islamçı yaraqlılar arasında baş verən döyüşlər zamanı atılan hərbi sursat mühəndis-istehkamçılar tərəfindən zərərsizləşdirilərkən baş verib. Partlayış nəticəsində 3 mühəndis-istehkamçı da həlak olub, 4 nəfər isə ağır yaralanıb.

Yaralananlar arasında “Associated Press”-in fotoqrafı Hatəm Musa da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR