Separatçılar “Boeing-777” təyyarəsinin düşdüyü ərazidən gizli surətdə 38 meyit çıxarıblar

Separatçılar “Boeing-777” təyyarəsinin düşdüyü ərazidən gizli surətdə 38 meyit çıxarıblar
# 19 iyul 2014 23:55 (UTC +04:00)

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin məlumat mərkəzinin spikeri Andrey Lısenko bildirib. “İyulun 19-na keçən gecə silahlılar təyyarənin düşdüyü ərazidən 38 meyitin qalıqlarını çıxarıblar”, deyə Lısenko bildirib.

Onun sözlərinə görə, silahlılar cəsədləri tentli yük maşınlarına yükləyərək Donetsk ekspertiza mərkəzinə aparıblar. “Operativ məlumata əsasən, bu addımın məqsədi cəsədlərdə təyyarəyə dəyən mərminin qəlpələrinin müəyyən edilməsidir”, deyə Lısenko bildirib.

Spikerin sözlərinə görə, separatçılar bununla aviaqəzaların səbəblərinin müəyyən edilməsi və həlak olanların cəsədlərinin ekspertizadan keçirilməsinə dair qəbul olunmuş beynəlxalq proseduru kobudcasına pozublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR