Xəzər dənizinin sahilində əlillərin reabilitasiyası üçün böyük mərkəzin yaradılması ilə bağlı təkliflər hazırlanır

Xəzər dənizinin sahilində əlillərin reabilitasiyası üçün böyük mərkəzin yaradılması ilə bağlı təkliflər hazırlanır
# 03 dekabr 2014 11:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gələcəkdə Xəzər dənizinin sahilində əlillərin reabilitasiyası üçün daha böyük mərkəz yaradılacaq. Bununla bağlı layihə və təkliflər hazırlanır və yaxın gələcəkdə dövlət başçısına təqdim olunacaq”.

APA-Economics”in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir sözlərinə görə, hazırda Azərbaycanda 8 regional əlillərin bərpa mərkəzi fəaliyyət göstərir: “Bununla yanaşı bütün ölkəyə xidmət edən Bakı Uşaq Reabilitasiya Mərkəzi var. Respublika Əlillərin Bərpa Mərkəzi hazırda əsaslı təmiri davam edir. Artıq mərkəzin yüksək səviyyədə təmiri başa çatmaq üzrədir. Yaxında bərpa mərkəzinə avadanlıqların alınması üçün tender keçiriləcək. Çox güman ki, mərkəz gələn ilin əvvəlləri üçün istismara veriləcək”.

S. Müslümov əlavə edib ki, Mərdəkan müalicə pansionatının da əsaslı təmirinə başlanıb. “Orada da yüksək səviyyəli şəraitin yaradılması nəzərdə tutulub. Növbəti ildə Şaqan müharibə əlilləri və pensiyaçılar üçün olan 200 nəfərlik pansionatın yenidən qurulması planlaşdırılır. Bir sözlə, Azərbaycanda əlillərin reabilitasiyası üçün bütün lazımı imkanlar yaradılır”, - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR