Biləsuvarda ev, Xırdalanda avtomobil yanıb

Biləsuvarda ev, Xırdalanda avtomobil yanıb
# 26 fevral 2015 01:06 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 153 kv.m olan ikimərtəbəli 5 otaqlı evin mətbəxinin tavanı 15 kv.m sahədə, su qızdırıcı və qaz sobası yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Abşeron rayonu, Xırdalan şəhərində isə vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR