Türkiyədə “İsmayıl Qaspralı ili” tədbirləri çərçivəsində beynəlxalq konfrans keçirilib

Türkiyədə “İsmayıl Qaspralı ili” tədbirləri çərçivəsində beynəlxalq konfrans keçirilib
# 06 noyabr 2014 10:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Türkiyədə “İsmayıl Qaspralı ili” tədbirləri çərçivəsində beynəlxalq konfrans və “İsmayıl bəy Qaspralı: qəzetçilik və insan haqları mükafatları”nın təqdimat mərasimi keçirilib. Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyə Milli Komissiyasının dəstəyi ilə həyata keçirilən beynəlxalq konfransa dəstək verən qurumlardan biri də Yazıçılar Birliyi olub.

Tədbirdə Azərbaycan, Şimali Kipr, Bolqarıstan, Suriya, İraq və Krımdan nümayəndə heyətləri, millət vəkilləri, siyasətçilər, alimlər, yazıçılar iştirak ediblər.

“İsmayıl bəy Qaspralı: qəzetçilik və insan haqları mükafatları” nominasiyasında millət vəkili Qənirə Paşayeva “İnsan haqları mükafatı”na, “İsmayıl bəy Qaspralı adına mətbuat mükafatı”na isə AYB-nin mətbuat katibi, şair Xəyal Rza layiq görülüb.

Tədbirdə türk dünyasının bir sıra media qurumları, o cümlədən Azərbaycan Televiziyası da mükafata layiq görülüb.

Qeyd edək ki, 2014-cü il UNESCO tərəfindən İsmayıl Qaspralı ilə elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR