Hüquq müdafiəçiləri polis idarələrində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri polis idarələrində monitorinq keçiriblər
# 11 mart 2015 15:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Bəhmən İmanov Bakının Xəzər, Suraxanı və Sabunçu rayon Polis idarələrinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.


Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinqin məqsədi saxlanılan şəxslərə qarşı münasibətin öyrənilməsindən ibarət olub: “Saxlanılan şəxslər tərəfindən bizə hər hansı şikayət daxil olmadı. Lakin həmin idarələrin bəzi bölmələrində bəzi xırda nöqsanlar var idi. Biz də həmin məsələlərlə bağlı bölmə rəislərinə öz fikirlərimizi çatdırdıq. Söz verdilər ki, ən yaxın zamanda həmin məsələlər həllini tapacaq”.

E. Behbudov martın 12-də və 13-də isə bir neçə rayonun polis şöbələrinin müvəqqəti saxlanma yerində monitorinq keçirəcəklərini də bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR