Şamaxıda “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda tədbir keçirilib - FOTOSESSİYA

Şamaxıda “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 12 noyabr 2014 09:04 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Qəbələ rayonundakı Şimal-Qərb Regional Mərkəzinin təşkilatçılığı ilə Şamaxı rayonunda “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda nəzəri və praktiki maarifləndirmə tədbiri keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında təşkil olunan tədbirdə rayon mənzil-kommunal istismar sahələrinin, bələdiyyələrin, qaz istismar sahəsinin, enerji təchizatı və satışı idarələrinin nümayəndələri, təhsil və səhiyyə işçiləri, müəllim və tələbələr iştirak ediblər. Tədbirdə əvvəlcə nazirliyin fəaliyyəti haqqında videoçarx göstərilib. Sonra FHN-in Şimal-Qərb Regional Mərkəzinin ictimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Qoşqar Əzizov, nazirliyin Dövlət Yanğına Nəzarət Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyev və başqaları müəllim və tələbələrə təbii və texnogen mənşəli fövqəladə hallardan necə qorunmağın, hadisələr zamanı özünə və digərlərinə necə kömək etməyin, ilkin tibbi yardım göstərməyin yolları barədə ətraflı məlumat veriblər. Eyni zamanda baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması haqqında biliklərin aşılanması, fövqəladə hallar zamanı insanlar arasında davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi barədə də müəllim və tələbələr məlumatlandırılıb.

Regional mərkəzin əməkdaşları “Fövqəladə hal anlayışı”, “Mülki müdafiə”, “Dəm qazından zəhərlənmənin profilaktikası”, “Fövqəladə hallar zamanı əhalinin təxliyə olunması”, "Fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu", "Fövqəladə hallar zamanı özünü necə aparmalı", "Ərazi üçün xarakterik olan təbii fəlakətlər", "Əhalinin fövqəladə hallarda qorunması", "Mülki müdafiə", "Yanğın, partlayış", "Panika", "Dəm qazından zəhərlənmənin profilaktikası", "Texnogen qəzalar", "Fövqəladə hallar zamanı əhalinin təxliyə olunması", "112 qaynar telefon xəttinə hansı hallarda müraciət etmək olar?", "Yanğın təhlükəsizliyi qaydaları" və digər mövzularda çıxışlar edilərək müəllim və tələbələrə təbii və texnogen mənşəli fövqəladə hallardan necə qorunmaq, hadisələr zamanı özünə və digərlərinə necə kömək etmək barədə ətraflı məlumatlar verilib. Tədbirdə payız-qış mövsümündə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələrdən də danışılıb. FHN-in Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən müəllim və tələbələr, texniki işçilər zəlzələ zamanı davranış qaydaları haqqında geniş təlimatlandırılıb. Tədbirdə xilasetmə alət və avadanlıqları izahlı şəkildə nümayiş olunub, hadisələr zamanı zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi qaydaları izah olunub, təşkil edilən şərti zəlzələ zamanı zərərçəkənlərin binadan təxliyə qaydası və şərti yanğın zamanı yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş olunub.

Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd tələbələri fövqəladə hallar sahəsində maarifləndirmək, onlara fövqəladə hallar zamanı davranış qaydalarını aşılamaq, gündəlik həyatda təhlükəsizlik qaydalarına riayət edilməsini izah etməkdir. Məlumat verilib ki, fövqəladə hallar baş verərkən dərhal 101 və 112 xidmətlərinə müraciət etmək lazımdır. Tədbir iştirakçılarına mövzu ilə bağlı broşürlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR