Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı: İki əməliyyatda 100-ə yaxın PKK terrorçusu öldürülüb

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı: İki əməliyyatda 100-ə yaxın PKK terrorçusu öldürülüb
# 19 sentyabr 2015 12:12 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi iki əməliyyat nəticəsində 100-ə yaxın PKK terrorçusu məhv edilib.

APA-nın “Milliyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin F-16 və F-4 2020 döyüş təyyarələrinin sentyabrın 15-də İraqın şimalındakı Sinat-Haftanin bölgəsində PKK mövqelərinə həyata keçirdiyi əməliyyat nəticəsində terror təşkilatının istifadə etdiyi mağara, ağac altı çadırlar, xüsusi qorunan sığınacaqlar, silah-sursat anbarları və yerüstü sığınacaqlar vurulub. Əməliyyat nəticəsində ilkin hesablamalara görə, azı 55-60 terrorçu öldürülüb.

Daha bir əməliyyat isə Tunceli vilayətinin Ovacık bölgəsində baş tutub. “Şəhid polis Aydın Nazillioğlu” adlı əməliyyat zamanı 30-35 PKK terrorçusu məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR