Kanada baş naziri: “Son hücumlar bizi qorxutmur, beynəlxalq terrorizmə qarşı mübarizəni davam etdirəcəyik”

Kanada baş naziri: “Son hücumlar bizi qorxutmur, beynəlxalq terrorizmə qarşı mübarizəni davam etdirəcəyik”
# 23 oktyabr 2014 08:33 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. “Son hücumlar Kanadanı qorxutmayacaq. Bu terror hücumlarının təşkilinə kömək edən şəxslərin kimliyi müəyyənləşdiriləcək və onlar həbs olunacaq. Kanada isə ABŞ-la birgə beynəlxalq terrorizmə qarşı mübarizəni davam etdirəcək “.

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bunu Kanadanın baş naziri Stiven Harper xalqa müraciətində deyib.

Baş nazir bildirib ki, yaxın günlərdə bu terror aktlarını təşkil edənlər barədə geniş informasiya veriləcək. S. Harper bu hücumları Kanadanın terrordan sığortalanmadığının göstəricisi kimi dəyərləndirib.

“Kanada geri çəkilməyəcək. Əslində bu hadisələr bizim qətiyyətimizi möhkəmləndirəcək, mübarizə səylərimizi artıracaq, milli təhlükəsizlik orqanlarımız Kanadanın təhlükəsizliyini təmin etmək və təhlükələri müəyyən etmək üçün bütün lazımi addımları atacaq. Kanada beynəlxalq müttəfiqləri ilə birgə terrorçu təşkilatlara qarşı mübarizəni gücləndirəcək”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR