“Binə” aksiyasında saxlanılanların cinayət işi üzrə keçirilən tibbi ekspertizaların rəyi açıqlanıb

“Binə” aksiyasında saxlanılanların cinayət işi üzrə keçirilən tibbi ekspertizaların rəyi açıqlanıb
# 11 aprel 2013 11:58 (UTC +04:00)

APA-nın məlumatına görə, istintaq orqanı tərəfindən bir neçə şəxs barəsində tibbi ekspertiza keçirilib. Onlardan 4 nəfəri polis əməkdaşı, digərləri isə aksiya iştirakçıları olub. Ekspertiza həmin şəxslərin müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə rəy verib.

Qeyd edək ki, aksiya ilə bağlı Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi birgə məlumat yayıblar. Məlumatda bildirilir ki, yanvarın 19-da «Binə» Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar rəhbərliyin icarə haqqını qaldırmasına etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib və nəqliyyatın hərəkətini iflic ediblər. Xəbərdarlığa məhəl qoymayan aksiya iştirakçıları polis əməkdaşlarına müqavimət göstəriblər və nəticədə, 10 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir neçə xidməti avtomobilə isə ziyan vurulub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR