Bakı-Sumqayıt yolunda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb - FOTO - VİDEO

Bakı-Sumqayıt yolunda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 14 aprel 2015 00:12 (UTC +04:00)

APA-nın məlumatına görə, Vüsal İmanov "Mercedes" markalı minik avtomobili ilə Sumqayıtdan paytaxt istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə avtomobil eyni istiqamətdə hərəkətdə olan Camal Mehdiyevə məxsus başqa bir "Mercedes"ə çırpılıb.

Toqquşma güclü olduğundan Vüsal İmanovun maşını yol kənarındakı dəmir arakəsmələrə dəyərək yararsız vəziyyətə düşüb. Sürücü və avtomobildəki sərnişin Sərxan Bayramov ağır bədən xəsarətləri ilə Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan yaralıların həyati təhlükəsi aradan qalxıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbi təyin olunmuş avtotexniki ekspertizanın rəyindən sonra bilinəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR