“Bakcell” və “SOS Uşaq Kəndləri-Azərbaycan” gənclər üçün iş imkanları yaradır

“Bakcell” və “SOS Uşaq Kəndləri-Azərbaycan” gənclər üçün iş imkanları yaradır
# 31 may 2016 16:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Bakcell” şirkətinin dəstəyi ilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB “Gənclərin Karyera və İnkişaf Mərkəzi” adlı layihənin icrasına başlayıb.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, layihə çərçivəsində yaradılan Gənclərin Karyera və İnkişaf Mərkəzi Bakı “SOS Uşaq Kəndlərində yerləşir.

8 ay müddətində nəzərdə tutulan layihə “SOS Uşaq Kəndləri”ndə yaşayan yeniyetmələrin məşğulluq imkanlarının genişləndirilməsinə yönəlib. Layihənin əhatə etdiyi iştirakçılar əsasən valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və yeniyetmələrdir. Mərkəzin işə hazır vəziyyətə gətirilməsi üçün müvafiq təmir işləri aparılıb. Mart ayında mərkəzin maddi texniki bazası gücləndirilib, lazım olan ofis mebelləri və kompüter avadanlıqları alınıb.

“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası İB-nin veb səhifəsi gənclərin məşğulluğu bölümü əlavə olunub. Burada sözügedən layihə və tərəfdaşlar barədə ətraflı məlumat, müvafiq qanunvericilik və faydalı məlumat bazası, layihədən faydalananların CV bazası və məşğulluq imkanlarının əldə edilməsi üçün faydalı linklərin yerləşdirilməsi nəzərdə tutulub.

“SOS Uşaq Kəndləri - Azərbaycan” ilə korporativ sosial məsuliyyət sahəsində uzun illərdir əməkdaşlıq edirik. Xüsusi qayğıya ehtiyacı olan uşaqları, yeniyetmə və gəncləri əhatə edən layihələrə dəstək göstərmək bizim KSM proqramımızın əsas prioritetlərindən biridir. Biz Mərkəzdə təlim keçən gənclərin işlə təmin olunması istiqamətində də tərəfdaşlarımızla danışıqlar aparırıq”, - deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR