Rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşları qəbul edib - FOTO

Rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 24 aprel 2015 14:48 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Salyan telekommunikasiya qovşağının binasında Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan sakinləri qəbul edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəbulda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülüb. Onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar verilib.

Qəbul zamanı nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər də olub.

Həmin müraciətlər müvafiq strukturlara göndərilərək həll olunması üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR