Azərbaycanda feldyeger rabitəsi orqanı əməkdaşlarının attestasiyasının keçirilməsi qaydası dəyişib

Azərbaycanda feldyeger rabitəsi orqanı əməkdaşlarının attestasiyasının keçirilməsi qaydası dəyişib
# 05 iyul 2015 02:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Feldyeger rabitəsi orqanı əməkdaşlarının attestasiyasının keçirilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik attestasiya zamanı verilən suallar və cavablarla əlaqədardır.

İndiyə qədər attestasiyanın nəticələri (qiymət və tövsiyələr) bir nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan attestasiya vərəqinə yazılıb və attestasiya komissiyasının qərarı 30 gün müddətinə yerinə yetirilmirsə, həmin qərar öz hüquqi qüvvəsini itirib.

Dəyişikliyə əsasən bundan sonra attestasiyanın nəticələri (qiymət və tövsiyələr) ilə bərabər attestasiya zamanı verilən suallar və cavablar da bir nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan attestasiya vərəqinə yazılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR