“Unibank” müştərilərinə avtomobil sahibi olmaq imkanı yaradır - FOTO

“Unibank” müştərilərinə avtomobil sahibi olmaq imkanı yaradır - <span style="color: red;">FOTO
# 09 dekabr 2014 09:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Unibank” “Albalı plus” (“Albalı”) kartının istifadəçiləri üçün yeni lotereyaya başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “199 Manata Toyota” adlı lotereyanın şərtlərinə əsasən, dekabrın 25-dək “MyBrands” mağazalar şəbəkəsində 199 manatdan başlayan alış-verişlər müştərilərə “Toyota” avtomobili, hədiyyə kuponları, smartfonlar və planşetlər qazandırmaq şansı yaradacaq.

Bu alış-verişləri “Albalı plus” kartı ilə aparanların isə daha çox hədiyyə qazanmaq şansları var. Belə ki, qalib olmuş şəxs əməliyyatı “Albalı plus” (“Albalı) kartı ilə edən olarsa, bu zaman həmin şəxsə “Unibank” tərəfindən bir illik “Toyota Servis”də xidmət haqqı və “Azpetrol”dan 50 manatlıq yanacaq kartı hədiyyə olunacaq. Stimullaşdırıcı lotereya haqqında ətraflı məlumatı http://mylottery.az/index.php/qaydalar linkindən əldə edə bilərsiniz.

“Unibank” müştərilərinin ehtiyac və arzularını bir məhsulda - “Albalı plus” kartında birləşdirib. Artıq “Unibank” müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. “Albalı plus” beynəlxalq kart olmaqla yanaşı, dörd bank məhsulunu özündə birləşdirir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, “Unibank”ın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR