Anjey Kaspşik atəşkəs rejiminin pozulması və itkilərin artması hallardından narahatdır

Anjey Kaspşik atəşkəs rejiminin pozulması və itkilərin artması hallardından narahatdır
# 07 sentyabr 2015 11:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Anjey Kaspşik təmas xəttində atəşkəs rejiminin pozulması və itkilərin artması hallardından narahatdır. Bu barədə APA-ya ATƏT-in baş ofisindən məlumat verilib. Bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi bu həftə Azərbaycana səfər edəcək: “Səfir Anjey Kaspşik ATƏT-in Minsk Konfransına uyğun olaraq davamlı şəkildə mandatının funksiyalarını yerinə yetirmək üçün regiona səfər edir. O Azərbaycana bu həftə reallaşdıracağı səfərdə Bakıda görülər keçirəcək. O həmçinin mütəmadi olaraq vəziyyəti monitorinq etmək üçün ön cəbhəni ziyarət edir. O, atəşkəs rejiminin pozulması və itkilərin artması hallarından narahatdır”,

Xatırladaq ki, sentyabrın 4-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinqdə iştirak edib. O 5 sentyabrda Ermənistanda olub və Ermənistan prezidenti Serj Sarkisyan ilə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR