Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Noyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Noyabr - <span style="color: red;">VİDEO
# 12 noyabr 2014 17:05 (UTC +04:00)

Bakı-APA. Dünyada neft oyunu başlayıb. Oyunun iştirakçısı və sifarişçiləri superfüclər və böyük dövlətlərdir. Səudiyyə Ərəbistanının enerji bazarında Birləşmiş Ştatlara endirim etməsi, Asiya bölgəsi üçün isə qiymətləri qaldırması bu oyunun nəticəsidir. Məqsəd taktiki planda Rusiya və İranı zəiflətmək, eyni zamanda Çin və Yaponiyanı gücləndirməməkdir. Lakin dəyənəyin başqa ucu da var. Rusiya, İran, Çin və Yaponiyanın zəiflədilməsinə yönələn bu oyun bu dövlətlər arasında əməkdaşlıq meyllərini daha da gücləndirəcək. Və zaman keçdikcə Səudiyyə Ərəbistanının genişlənən Asiya bazarındakı durumunu və nəticə etibarilə dünya enerji bazarındakı mövqeyini sarsıdacaq. Rusiyanın Çinlə 400 milyard dollarlıq müqavilə imzalaması, Yaponiya ilə də enerji sahəsində əməkdaşlığa başlamaq niyyəti böyük neft oyunun nəticəsi sayıla bilər. Neftin qiymətinin bilərəkdən ucuzlaşdırılması böyük siyasətdə daha bir nəticəyə səbəb ola bilər - Rusiya və Çinin Suriyadan sonra İranla müzakirələrdə fəallığı artıracağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR