Vyanada Avstriya-Azərbaycan biznes görüşləri keçirilib

Vyanada Avstriya-Azərbaycan biznes görüşləri keçirilib
# 16 aprel 2013 12:27 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nümayəndə heyəti Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə həmin ölkədə səfərdə olub.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, qurumun prezidenti Məmməd Musayevin başçılıq etdiyi nümayəndə heyəti Vyanada iki ölkə arasında sahibkarlıq əlaqələrinin gücləndirilməsi, xarici iqtisadi siyasətin məqsədyönlü və daha səmərəli təşkili məqsədilə biznes görüşlər keçirib.

Görüşlərdə iştirak edən nümayəndə heyətini ASK nümayəndələri ilə yanaşı, ASK tərkibində fəaliyyət göstərən qadın sahibkarlığın inkişafı komissiyasının sədri Jalə Hacıyeva, iqtisadiyyatın müxtəlif sahələri üzrə şirkətlərin üzvləri və Azpromo-nun Avstriyadakı nümayəndəsi Orhan Vəliyev təmsil edib. İki günlük səfər çərçivəsində nümayəndə heyəti 400 min sahibkarları təmsil edən, iqtisadi cəhətdən güclü olan İqtisadi Avstriya Palatasında və onun nəzdində fəaliyyət göstərən Avstriya Qadın Sahibkarlar Cəmiyyətində, Avstriya Sənayeçilər Federasiyasında, Avstriyanın və Vyananın Biznes Agentliyində və Avstriyanın Standartlaşdırma İnstitutunda səmərəli biznes görüşləri keçirib. Həmin tədbirlərdə iki ölkənin biznes dairələri arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, əməkdaşlıq üçün imkanlar və onlardan səmərəli istifadə olunması və gələcəkdə belə biznes görüşlərin iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən sahibkarların iştirakı ilə daha geniş tərkibdə keçirilməsi kimi məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR