Bəşər Əsəd: “Bombardmanlardan sonra radikal islamçıların sayı daha da artıb”

Bəşər Əsəd: “Bombardmanlardan sonra radikal islamçıların sayı daha da artıb”
# 30 mart 2015 07:22 (UTC +04:00)

APA-nın “Fos News”a istinadən verdiyi xəbərə görə, bunu Suriya prezidenti Bəşər Əsəd deyib. “Bəzi məlumatlara əsasən Suriya ərazisində silahlı qrupların tərkibinə hər ay minə yaxın yeni insan qatılır”, - deyə o, söyləyib.

B. Əsəd bombardmanların yalnız lokal effekt verdiyini, anoloji situasiyanın İraq və Liviyada da müşahidə olunduğunu vurğulayıb.

Suriya dövlət başçısı ABŞ-ın onu istefaya çağırmasına da münasibət bildirib: “Bu, onların işi deyil. Bu məsələni Suriya vətəndaşları həll edə bilər. Mən o zaman istefaya gedərəm ki, ictimai dəstəyim olmasın”.

B. Əsəd ABŞ-la dialoqa hazır olduğunu da açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR