Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 20 İyun

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 20 İyun
# 20 iyun 2016 18:20 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Milliyyətçi Hərəkat Partiyasının çoxdan gözlənilən qurultayı baş tutdu. Dövlət Baxçalı və tərəfdarlarının hüquqi tanımadığı və qatılmadığı qurultay bir çox suallara aydınlıq gətirdi. Birincisi, partiya strukturlarının ən azı 65 faizi müxalifət cərgəsində yer alıb. Bu həm də MHP-nin Baxçalı ilə uğur qazana bilməyəcəyinə inananların sayıdır. İkincisi, sədr seçkilərində Meral Akşener rəqiblərindən bir addım öndədir, rəqiblər Akşenerin qarşısına vahid namizədlə çıxsa belə, ona qalib gəlmək çətin olacaq. Üçüncüsü, Akşener Baxçalıya qarşı formalaşdırılan “Güc birliyi” ilə sonadək hərəkət etməyəcək, Akşenerin sədr olduğu partiyada Ümid Özdağ, Koray Aydın, Sinan Oğan və digərlərinin yüksək postlara təyin olunacağı sual altındadır. Dördüncüsü, 10 iyulda Baxçalı namizəd olarsa və seçkilər ikinci tura qalarsa, bu gün adı çəkilən şəxslərin heç də hamısı Meral Akşenerə dəstək verməyəcək. Bu isə filmin başladığı səhnə ilə bitməsi ilə nəticələnə bilər. Ən nəhayət, MHP-nin bu qurultay davasında uda biləcəyi tək məqam olacaq, o da Baxçalının sədrlikdən getməsidir. Akşenerin MHP-si bəslənən ümidləri doğruldacaqmı sualı uzun müddət açıq qalacaq. Əgər Meral Akşener sədr seçilərsə və digər müxalif namizədləri öz ətrafında birləşdirərsə, o zaman Türkiyəni ciddi dəyişikliklər gözləyəcəyi şəksizdir. Seçiləcəkmi, birləşdirəcəkmi, dəyişiklik istəyirmi? Bu sualın cavabını üç həftə sonra biləcəyik.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR