Suriyanın Palmira şəhərində 217 nəfər İŞİD silahlıları tərəfindən edam edilib

Suriyanın Palmira şəhərində 217 nəfər İŞİD silahlıları tərəfindən edam edilib
# 25 may 2015 08:21 (UTC +04:00)

APA-nın ABC News-a istinadən verdiyi məlumata görə, terrorçular 14 uşaq və 12 qadın daxil olmaqla, 67 dinc sakini qətlə yetiriblər.

Həmçinin Suriya ordusunun 150 əsgəri edam olunub.

Bir nəçə nəfərin başı kəsilib, digərləri isə odlu silahdan, yaxud da bıçaqla xəsarətlər yetirilməklə, qətlə yetirilib.

Suriya dövlət telekanalının məlumatında isə bildirilir ki, Palmira şəhərinin küçələrində yüzlərlə meyit var. Ölənlərin əksəriyyəti qadın və uşaqlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR