KXDR Cənubi Koreyaya noyabrın 26-da danışıqlar aparmağı təklif edib

KXDR Cənubi Koreyaya noyabrın 26-da danışıqlar aparmağı təklif edib
# 20 noyabr 2015 04:39 (UTC +04:00)

Bakı-APA. Koreya Xalq Demokratik Respublikası yüksək səviyyəli danışıqlara hazırlıq məqsədilə Cənubi Koreyaya noyabrın 26-da danışıqlar aparmağı təklif edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Renhap” məlumat yayıb.

Məlumata görə, görüşün Panmınçjon yaşayış məntəqəsində keçirmək təklif olunur.

Bundan əvvəl KXDR lideri Kim Çen In Cənubi Koreya ilə dost münasibətlər qurmaq niyyətində olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR