SABAH qruplarına qəbul üzrə müsabiqənin I mərhələsi keçirilib

SABAH qruplarına qəbul üzrə müsabiqənin I mərhələsi keçirilib
# 13 aprel 2015 10:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Aprelin 12-də 2015-2016-cı tədris ili üzrə SABAH qruplarına qəbul üzrə müsabiqənin I mərhələsi keçirilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan Dövlət İqtisad Universitetinin I tədris binası və 132-134 nömrəli təhsil kompleksində keçirilən müsabiqənin bu mərhələsində 1630 nəfər I kurs tələbəsi iştirak edib.

Bu mərhələdə namizədlər məntiqi dünyagörüş və ingilis dili üzrə bilik və bacarıqları qiymətləndirən 50 test tapşırığını 90 dəqiqə ərzində cavablandırıblar. Müsabiqə mərhələsində müvafiq nəticə göstərən namizədlər növbəti mərhələdə – müsahibədə iştirak etmək hüququ qazanıblar.

Qeyd edək ki, SABAH qruplarının formalaşdırılması ali təhsil sistemində keyfiyyətin artırılması istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR