«Unibank» nizamnamə kapitalını artırıb

«Unibank» nizamnamə kapitalını artırıb
# 03 may 2013 13:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC nizamnamə kapitalını artırıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, ümumi məbləği 3 000 024 manat təşkil edən, hər birinin nominal dəyəri 2,72 manat olan 1 102 950 ədəd sənədsiz adlı imtiyazlı səhm emissiyasının yerləşdirilməsi artıq başa çatıb.

Məlumatda deyilir ki, aprelin 30-da emissiyanın yekunları haqqında hesabat dövlət qeydiyyatına alınıb. Beləliklə, «Unibank»ın nizamnamə kapitalı 4,9% artırılaraq 64 565 184 manata çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR