İranın Hörmüzqan vilayətində 19 zəlzələ baş verib

İranın Hörmüzqan vilayətində 19 zəlzələ baş verib
# 02 may 2013 15:09 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Mayın 1-də yerli vaxtla saat 20:00-dan mayın 2-si səhər saat 08:00-dək İranın cənubunda yerləşən Hörmüzqan vilayətində 19 zəlzələ baş verib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, vilayətdə ən böyük yeraltı təkan Rixter cədvəli üzrə 5 bal gücündə, yerin 8 km dərinliyində mayın 1-də gecə saat 23:00-da qeydə alınıb.

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Mahmud Müzəffər bildirib ki, baş vermiş təbii fəlakətlər nəticəsində heç bir can itkisi olmayıb: “Ancaq 2 yaşayış binası dağılıb. Zəlzələdən dərhal sonra dəymiş ziyanın miqdarını müəyyənləşdirmək üçün əraziyə 5 xilasedicidən ibarət əməliyyat qrupu göndərilib”.

Qeyd edək ki, mayın 1-2-də həmçinin İranın Buşəhr vilayətində 4.6, 4.8 və 5.0 bal, Sistan və Bəlucistan vilayətində isə 4,2 bal gücündə zəlzələ baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR