Əsas ticarət tərəfdaşlarımızın milli valyutası manata nisbətən 1% bahalaşıb

Əsas ticarət tərəfdaşlarımızın milli valyutası manata nisbətən 1% bahalaşıb
# 23 iyun 2016 07:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,2% bahalaşaraq 1,5301 manat təşkil edib.

Avro da manata qarşı möhkəmlənib. Avrozonanın vahid valyutası manata nisbətən 0,8% bahalaşaraq 1,7347 manat olub.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,8% zəifləyərək 0,0237 manat olub.

Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,9% möhkəmlənərək 0,5293 manata enib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2636 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 0,95%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisi isə 0,9% ucuzlaşaraq 0,6861 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR