Türkiyə Rusiya və Almaniyaya yeni səfirlər təyin edib

Türkiyə Rusiya və Almaniyaya yeni səfirlər təyin edib
# 13 iyun 2016 16:23 (UTC +04:00)

Bakı – APA. Türkiyədə yeni böyükelçilər qərarnaməsi çərçivəsində bir çox ölkə və beynəlxalq təşkilatlardakı səfirlər dəyişdirilib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Türkiyənin xarici siyasətdə problemlər yaşadığı ölkələrə yeni səfirlər göndərilib. Belə ki, Bundestaqın uydurma “erməni soyqırımı” qərarından sonra məsləhətləşmələr üçün Ankaraya çağırılan Almaniyadakı səfir Hüseyn Avni Karslıoğlu bu vəzifədən çıxarılıb. Onun yerinə XİN-in ikitərəfli siyasi və Afrika işləri İdarəsinin müdir müavini Əli Kamal Aydın təyin olunub.

Türkiyənin Rusiyadakı səfiri də dəyişdirilib. Mərkəzə çağırılan Ümit Yardımı bu vəzifədə Braziliyadakı səfir Hüseyn Lazip Diriöz əvəzləyəcək.

Digər maraqlı təyinatlar kimi XİN-in İkitərəfli siyasi işlər baş direktoru, Azərbaycandakı sabiq səfir Hulusi Kılıçın Moldovaya, XİN-in aparat rəhbəri, qısa müddət nazir vəzifəsini də tutmuş Firudin Sinirlioğlunun BMT-nin baş qərargahına, kəşfiyyat təşkilatı MİT-in rəhbər müavini İsmayıl Hakkı Musanın isə Fransaya səfir təyin olunmalarını göstərmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR