Bakıda TASİM layihəsi üzrə V Beynəlxalq seminar keçiriləcək

Bakıda TASİM layihəsi üzrə V Beynəlxalq seminar keçiriləcək
# 09 iyul 2014 11:05 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakıda Transmilli Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi üzrə 5-ci Beynəlxalq seminarı keçiriləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə daxil olan məlumata görə, iyulun 11-də təşkil olunacaq seminarda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iştirak edəcək.

Tədbirdə layihənin üzv-operatorları – RYTN, “ChinaTelecom”, ”Kaztranscom”, “Rostelecom” və “Türk Telekom” şirkətlərinin məsul əməkdaşları iştirak edəcəklər.

İclasda TASİM layihəsinin biznes modeli və strategiyası, Asiya-Avropa tranziti üzrə yaranan gəlirlər imkanı, Dünya Bankı tərəfindən təklif - üçüncü TASİM marşrutu, Trans-Xəzər sualtı kəmərinin çəkilisi və sair məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR