Qətərdə yanğın nəticəsində 11 nəfər ölüb, 12 nəfər xəsarət alıb

Qətərdə yanğın nəticəsində 11 nəfər ölüb, 12 nəfər xəsarət alıb
# 02 iyun 2016 22:34 (UTC +04:00)

Bakı-APA. Qətərdə fəhlələr üçün nəzərdə tutulmuş yaşayış kompleksində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 12 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanğın baş verdiyi binada dənizkənarı turizm obyektinin tikintisini həyata keçirən işçilər yaşayıb.

Ölən və xəsarət alanların xarici vətəndaşlar olduğu bildirilir.

Onların kimliyi və hansı ölkənin vətəndaşı olduğu bildirilmir.

Yanğının səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR