Qobustanda mikroavtobusla minik maşını toqquşub

Qobustanda mikroavtobusla minik maşını toqquşub
# 07 iyul 2014 15:34 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Qobustan rayonunda yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 99-cu kilometrliyində vətəndaşlara məxsus "Opel" markalı minik avtomobili ilə "Volkswagen" markalı mikroavtobusun toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərdə sürücülər sıxılmış vəziyyətdə qalıblar. Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsilə sürücülər avtomobillərdən çıxarılıb və Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR