Türkiyənin Banqladeşdəki iki diplomatı ABŞ-a, biri isə Rusiyaya qaçıb

Türkiyənin Banqladeşdəki iki diplomatı ABŞ-a, biri isə Rusiyaya qaçıb
# 12 avqust 2016 09:54 (UTC +04:00)

Bakı - APA. Türkiyənin Banqladeşdəki səfirliyinin əməkdaşı ailəsi ilə birlikdə Rusiyaya qaçıb.

APA-nın xəbərinə görə, bu barədə Banqladeşin “Daily Star” qəzeti məlumat yayıb.

Adı açıqlanmayan diplomat Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən geri çağırılıb.

Türkiyənin Banqladeşdəki müvəqqəti işlər vəkili Əhməd Gürbuz və daha bir diplomat isə ABŞ-a qaçıb.

Banqladeş Xarici İşlər Nazirliyindəki mənbə “Daily Star” qəzetinə Ankaranın səfirliyin hər üç əməkdaşının diplomatik pasportlarını ləğv etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR