Yəməndəki husilər “MSC Sarah V” adlı gəmini vurduqlarını iddia ediblər

Yəməndəki husilər “MSC Sarah V” adlı gəmini vurduqlarını iddia ediblər
# 26 iyun 2024 03:17 (UTC +04:00)

Yəməndəki “Ənsarullah” hərəkatının nümayəndələri Ərəb dənizində konteyner gəmisinin onlar tərəfindən vurulduğunu açıqlayıblar.

APA xəbər verir ki, bununla bağlı məlumat husilərə məxsus “əl-Məsira” telekanalında yayımlanıb.

Belə ki, telekanalda yayılan məlumata görə husilər Ərəb dənizində İsrailə aid olduğunu iddia etdikləri “MSC Sarah V” konteyner gəmisinə hücum ediblər. Hərəkatın sözçüsü Yəhya Sariya bildirib ki, zərbə yeni ballistik raketdən istifadə edilməklə həyata keçirilib.

Husilər Qəzza zolağında münaqişənin başladığı ötən ilin noyabrından bəri Qırmızı dənizdə və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR