Ukrayna prezidenti Pyotr Poroşenko DÇ-nin final matçına səfərini ləğv edib

Ukrayna prezidenti Pyotr Poroşenko DÇ-nin final matçına səfərini ləğv edib
# 13 iyul 2014 00:42 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko futbol üzrə Dünya Çempionatının Rio de Janeyroda keçiriləcək final matçına səfərini ləğv edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumata görə, Poroşenko DÇ-nin bağlanma mərasimində iştirak etmək üçün Braziliya prezidenti Dilma Rusefdən dəvət alıb.

“Lakin Ukraynada hazırda baş verən hadisələri nəzərə alaraq, dövlət başçısı Dünya Çempionatının finalına səfərini mümkünsüz hesab edir”, deyə açıqlamada bildirilir.

Xatırladaq ki, Argentina və Almaniya yığmaları arasında yekun matç iyulun 13-də saat 00.00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR