Azərbaycanda Ay tutulması müşahidə edilib

Azərbaycanda Ay tutulması müşahidə edilib
# 28 sentyabr 2015 10:17 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Sentyabrın 28-də 2015-ci il üçün sonuncu Ay tutulması baş verib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətai APA-ya deyib ki, sonuncu Ay tutulması hadisəsi səhər saatlarında Azərbaycanda müşahidə edilib. O bildirib ki, Ay tutulan zaman onun rəngi tutqunlaşıb: “Ay Yerin kölgəsinə düşəndə onun rəngi tutqunlaşır, qırmızılaşır”.

Qeyd edək ki, bu il iki dəfə Günəş, iki dəfə Ay tutulması baş verib. İlk Günəş tutulması martın 20-də qeydə alınıb. Növbəti Günəş tutulması sentyabrın 13-nə, ilk Ay tutulması aprelin 4-nə, sonuncu Ay tutulması isə sentyabrın 28-nə təsadüf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR