Cəlilabadda yeni arxeoloji materiallar aşkarlanıb

Cəlilabadda yeni arxeoloji materiallar aşkarlanıb
# 14 noyabr 2014 16:41 (UTC +04:00)

Bakı – APA. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-neolit ekspedisiyası Cəlilabad rayonunda arxeoloji tədqiqat işlərini başa çatdırıb.

APA-nın məlumatına görə, ekspedisiyanın rəhbəri, tarix üzrə elmlər doktoru Tufan Axundov tədqiqat işlərinin rayonun Üçtəpə kəndi ərazisində aparıldığını bildirib.

Burada Polutəpə qədim yaşayış yerində 6 min bundan əvvələ aid maddi-mədəniyyət nümunələri-kərpicdən tikilmiş bina qalıqları, saxsı qablar və kiçik ölçülü fiqurlar aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR