Bakı. Türbət Bağırova - APA. Separatçı Dağlıq Qarabağ rejiminin hərbi qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərində təlimlər keçirir.
APA-nın “armenpress.com” saytına istinadən verdiyi xəbərə görə, bu barədə separatçı rejimin mətbuat xidmətinin məlumatında deyilir.
Təlimlərdə məqsəd silahlı qüvvələrin idarəetmə sistemlərinin, komandirlər və qərargahların təcrübi bacarıqlarının, onların hazırlıq səviyyəsinin, taktiki-professional imkanlarının və mənəvi-psixoloji hazırlıq səviyyəsinin təkmilləşdirilməsidir.