Tovuz rayonunda ağır yol qəzası baş verib, iki nəfər ölüb

Tovuz rayonunda ağır yol qəzası baş verib, iki nəfər ölüb
# 30 avqust 2015 08:42 (UTC +04:00)

Bakı-APA. Tovuz rayonunda ağır yol qəzası baş verib, iki nəfər ölüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonu ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə FHN-nin xilasetmə qüvvələri cəlb olunub.

“Mercedes”in sürücüsü və sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR