“ABB-Moskva”nın Yekaterinburq filialının kredit portfeli son bir ildə 60% artıb

“ABB-Moskva”nın Yekaterinburq filialının kredit portfeli son bir ildə 60% artıb
# 12 avqust 2014 08:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan “ABB-Moskva”nın Yekaterinburq filialının kredit portfeli son bir ildə 59% artaraq 2014-cü il iyulun 1-nə 2,6 mlrd. rubl təşkil edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, filialın depozit portfeli 1 il ərzində 466% artaraq 2014-cü il iyulun 1-i tarixinə 401 mln. rubl səviyyəsində olub.

Qeyd edək ki, Yekaterinburq filialı 2005-ci ilin sentyabrın 1-də açılıb. Hazırda filialın “Taqanskiy” əlavə ofisi də müştərilərə xidmət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR