MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçiriləcək

MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçiriləcək
# 31 avqust 2015 11:39 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Sentyabrın 2-də Minskdə MDB dövlətləri Daxili İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

APA-nın “interfax.by” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Belarus DİN-in mətbuat xidmətindən bildirilib.


İclasın gündəliyindəki əsas mövzular MDB ölkələrinin hüquq-mühafizə orqanlarının qarşılıqlı əlaqələri, kiber təhlükəsizlik, avtonəqliyyat vasitələrinin oğurluğu, psixotrop və narkotik vasitələrin dövriyyəsi, eyni zamanda idman komandaları azarkeşlərinin qeyri-rəsmi birliklərinin qanunazidd fəaliyyətləri olacaq.

Toplantıda Belarus, Rusiya, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistan nümayəndə heyətləri iştirak edəcək.

Belarus DİN-dən verilən xəbərə görə, forum çərçivəsində ikitərəfli məsələlərə də diqqət yetiriləcək. Görüş yekun sənədlərin imzalanması ilə başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR