“Buta Sığorta” ötən ili zərərlə başa vurub

“Buta Sığorta” ötən ili zərərlə başa vurub
# 30 mart 2015 13:43 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il yanvarın 1-nə “Buta Sığorta” ASC-nin aktivlərinin həcmi 10 965 892,43 manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrünə nisbətən 7,69% azdır.

Bu barədə “APA-Economics” “Buta Sığorta” şirkətinin mühasibat balansına istinadən məlumat verir.

Hesabat dövrünün sonuna şirkətinin məcmu kapitalının həcmində də azalma qeydə alınıb. Belə ki, müqayisə olunan dövrdə şirkətin məcmu kapitalı 12,9% azalaraq 4 697 133,08 manat olub.

2014-cü ildə şirkətin cəmi gəlirləri 6 783 617,38 manat, cəmi xərcləri isə 7 677 868,12 manat təşkil edib. Şirkət ötən ili 894 250,74 manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR