Azərbaycanla Krım arasında birbaşa aviareys müntəzəm olacaq

Azərbaycanla Krım arasında birbaşa aviareys müntəzəm olacaq
# 10 aprel 2013 15:47 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA-Economics. Azərbaycanla Krım arasında birbaşa aviareys müntəzəm olacaq. «APA-Economics»in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Krımın kurortlar naziri Aleksandr Liyev bildirib.

Onun sözlərinə görə, artıq iki ildir ki, Bakı-Simferopol aviareysi üzrə uçuşlar yerinə yetirilir. Lakin sözügedən aviareys mövsümi xarakter daşıyır: «Biz Azərbaycanla bu aviareysin müntəzəm olmasına dair danışıqlar aparırıq. Planlara əsasən, sözügedən aviareys üzrə uçuşların yay aylarında həftədə iki dəfə, digər vaxtlarda isə kiçik təyyarə vasitəsilə həftədə bir dəfə yerinə yetiriləcəyi gözlənilir».

A.Liyev onu da bildirib ki, Bakı-Simferopol aviareysi üzrə uçuşların müntəzəm həyata keçirilməsi Azərbaycandan Krıma turistlərin axınını artıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR