Bank Of Baku

ABŞ “S-400”-lərə dair yenidən Türkiyəyə narahatlığını bildirib

ABŞ “S-400”-lərə dair yenidən Türkiyəyə narahatlığını bildirib
# 04 may 2018 05:18 (UTC +04:00)

ABŞ administrasiyası Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünə dair Türkiyənin qərarından narahatlığını ifadə etməkdə davam edir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.    

 

“Biz Türkiyənin Rusiyadan “S-400”-ləri mümkün tədarükündən ciddi narahatıq. NATO  üzvü olan Türkiyə Alyansla bağlanan razılaşmalara müvafiq olaraq, yalnız NATO-dakı tərəfdaşlarına uyğun gələn silah əldə etməlidir.  Biz burada uyğunluq olduğunu hesab etmirik”, - deyə Hizer Nauert bildirib.   

 

Bundan əvvəl ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğluna Ankaranın “S-400”-lərə dair qərarından narahatlığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR