Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 İyun

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 İyun
# 22 iyun 2016 18:15 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Oqtay Vuralın istefası MHP-də qurultay öncəsi mənzərəni dəyişdi. İlk öncə “Dövlət Baxçalının sağ əli belə istefa verirsə, o zaman MHP sədrinin son günləridir” deyə düşünənlərin sayı artdı. Bu istefa onsuz da çox olan suallara daha bir neçəsini əlavə etdi. Oqtay Vural sədr postuna namizəd olacaqmı, yaxud müxalifət cəbhəsinə keçəcəkmi? Keçəcəksə, kimə dəstək verəcək? Vuralın istefası digər MHP millət vəkillərinin də Baxçalıya arxa çevirməsinə stimul olacaqmı? Suallar çox, cavablar isə yoxdur. Ehtimallar isə nə qədər desəniz. Vuralın müxalif namizədlərdən Meral Akşenerə dəstək verəcəyi yazılır. Məntiqi izah isə belədir - Akşenerin MHP sədri seçilmə ehtimalı qat-qat çoxdur, kim növbəti potensial sədrin yanında yer almaz ki? Amma bunu edənlər də var, məsələn, uzun illər Oqtay Vural kimi MHP parlament fraksiyasına rəhbərlik etmiş Özcan Yeniçəri və Yusuf Halaçoğlu. Onlar Akşenerə deyil, Ümit Özdağa dəstək verirlər. Buna görə ortaya “Vural da sabiq fraksiya rəhbərləri Ümit Özdağın yanında yer alır ənənəsinə sadiq qala bilərmi” deyə başqa bir sual ortaya çıxır. Bir şəxsin kimə qarşı kimin yanında yer alması niyə bu qədər önəmlidir? Çünki söhbət bugünkü MHP-nin ən populyar, kütlələr və media tərəfindən eyni dərəcədə müsbət qəbul edilən bir simasından gedir. Turqut Özal dönəmində siyasətə atılan, üçlü koalisiyada nazir postunda əyləşmiş Oqtay Vuralın partiyada da ciddi dəstəyi var. Vuralın tərəfdarları kimin yanında yer alarsa, onun sədr seçilmə ehtimalı bir o qədər artar. Bugünkü istefanın ən mühüm tərəfi bu suallarla bağlı deyil. Mühüm olan məqam odur – sədr təklənir və MHP-də yeni Baxçalısız dönəm yaxınlaşır. Baxçalının MHP sədri postunu qoruması yalnız bir halda mümkün ola bilər – hakimiyyət dəstək verərsə. Hakimiyyət isə hələ susur, susqunluq isə ən böyük təhlükədir...

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR