Latviyada keçiriləcək təlimlərdə NATO-nun 24 generalı iştirak edəcək

Latviyada keçiriləcək təlimlərdə NATO-nun 24 generalı iştirak edəcək
# 19 sentyabr 2015 19:18 (UTC +04:00)

Bakı-APA. Latviyada sentyabrın 20-dən 25-dək keçiriləcək “Stedfast Pinncale 2015” təlimlərində NATO üzvü olan 13 ölkədən, habelə Finlandiya və İsveçdən 24 general iştirak edəcək. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Delfi” nəşri məlumat yayıb.

Məlumata görə, bunu Latviya Müdafiə Nazirliyinin nümayəndəsi Anete Qneze deyib.

Təlimlər zamanı əsas diqqət əməliyyatların planlaşdırılmasında komandirlərin roluna və idarəetmə məsələlərinə yönəldiləcək.

Bundan əvvəl Riqada NATO-nun Strateji Kommunikasiya Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Məlumata görə, tədbirdə Latviya və Litva prezidentləri Raymonds Veyonis və Dalya Qribauskayte, həmçinin Con Makkeynin rəhbərlik etdiyi ABŞ senatorlarından ibarət nümayəndə heyəti iştirak edib.

Mərkəzin məqsədi NATO fəaliyyətinin əlaqələndirilməsini təmin etmək, alyansın informasiya və psixoloji əməliyyatlarının hazırlanmasını təmin etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR