Cəlilabadda qonşular arasında dava düşüb, 1 nəfər xəsarət alıb - VİDEO

Cəlilabadda qonşular arasında dava düşüb, 1 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 05 iyul 2014 08:37 (UTC +04:00)

Cəlilabadda qonşuların torpaq mübahisəsi davaya çevrilib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən axşam rayonun Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 35 yaşlı Maarif Məmmədəli oğlu Ağayevlə onun çəpər qonşuları olan Ramin və Zamin Əzimov qardaşları arasında torpaq mübahisəsi yaranıb. Ona məxsus həyətyanı torpaq sahəsinin 2 metrə yaxın hissəsinin Əzimov qardaşları tərəfindən zəbt edildiyini görən Maarif Ağayev buna etiraz edib. Mübahisə Maarif Ağayevin öz həyətindəcə qonşuları tərəfindən döyülməsi ilə başa çatıb. Sağ körpücük sümüyünün sınığı diaqnozu ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Maarif Ağayevə müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR