Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Xaçmazda vətəndaşların qəbulunu keçirəcək

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Xaçmazda vətəndaşların qəbulunu keçirəcək
# 16 avqust 2014 07:07 (UTC +04:00)

Bakı – APA. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov avqustun 18-də Xaçmaz şəhərində vətəndaşların qəbulunu keçirəcək.

Komitədən APA-ya verilən məlumata görə, qəbulda Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar rayonlarının vətəndaşları da iştirak edə bilərlər.

Qəbul saat 10.00-da Xaçmaz şəhərində yerləşən Tarix Diyarşünaslıq Muzeyində başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR