Bank Of Baku

Nikola Sarkozi: “İsraili yox etmək istəyən hər kəs qarşısında Fransanı görəcək”

Nikola Sarkozi: “İsraili yox etmək istəyən hər kəs qarşısında Fransanı görəcək”
# 23 iyun 2008 15:31 (UTC +04:00)
Tel-Əviv APA. İsrailin mövcudluğuna hər hansı təhlükə yaranarsa, Fransa bu ölkəni müdafiə edəcək. APA-nın məlumatına görə, bunu İsrailə rəsmi səfər edən Fransa prezidenti Nikola Sarkozi Knessetdəki çıxışında deyib. O, İranın nüvə silahı əldə etməsinin yolverilməz olduğunu bildirib: “İsraili yox etmək istəyən hər kəs qarşısında Fransanı görəcək. İsrail yalnız olmadığını bilməlidir”. İsrail-Fələstin probleminə toxunan Fransa prezidenti Tel-Əvivin siyasətini tənqid etməkdən çəkinməyib. N. Sarkozi hesab edir ki, fələstinlilərin də dövlət qurmaq hüququ var və İsrailin təhlükəsizliyi müstəqil Fələstin dövlətinin qurulması ilə təmin oluna bilər. Onun fikrincə, fələstinli qaçqınların problemi həllini tapmadan və İsrailin İordan çayının qərb sahilində apardığı məskunlaşdırma siyasətinə son qoyulmadan sülhə nail olmaq mümkün deyil: “Yerusəlimi iki dövlətin paytaxtı kimi tanımaq sülhün əsas şərtidir”.
Qeyd edək ki, N. Sarkozi Fransua Mitterandan bəri (1982-ci il) İsrail parlamentində çıxış edən ilk Fransa prezidentidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR