Bank Of Baku

Fransa prezidenti İsraildən ayrılarkən hava limanındakı əsgərlərdən biri intihar edib

Fransa prezidenti İsraildən ayrılarkən hava limanındakı əsgərlərdən biri intihar edib
# 25 iyun 2008 09:22 (UTC +04:00)
APA-nın məlumatına görə, Fransa prezidenti təyyarəyə minən zaman odlu silahdan atəş açılıb. Nikola Sarkozi və xanımı Karla Bruni mühafizəçilərin nəzarəti altında dərhal təyyarəyə mindiriliblər. Hava limanında olan İsrailin baş naziri Ehud Olmert isə təcili olaraq maşınla hadisə yerindən uzaqlaşdırılıb. İlkin ehtimallara görə, prezident yola salınarkən əsgərlərdən biri odlu silahdan atəş açaraq intihar edib. Başından güllə yarası alan əsgər hadisə yerində keçinib. Əsgərin vurulduğu və ya silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən öldüyü barədə xəbərlər də yayılıb. Hələlik faktla bağlı rəsmi açıqlama verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR